Qız məktəbində | Hüseyn Cavid

Düzü şeir yarı Türk dilində yazılıb ancaq çox gözəl və mənalı şeirdir oxumağınızı və öz fikirlərinizi bildirməyinizi istərdim.
 — Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
— Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar…
 

6 şərh

pascal
Əzbər bildiyim və çox sevdiyim şeirdi. Cavid şeirlərinin çoxu türk dilində yazılıb. Bununçün sovet dönəmində ona pantürkist şair deyib və bu tip şeirlərin üzə çıxarmayıblar.
Çox gözəl, ibrətamiz, anlamlı sözlərdir. Təkcə qızların yox, elə oğlanların da ibrət alacağı sözlər var.
Ferbara
Hər ailədə belə ağıllı uşaq olsaydı, dövlətin dirəyi «qızıldan» olardı.
Ramil
Çox bəyəndim, ibrətamizdir. Ümumiyyətlə Cavidin həyat yolu insanlar üçün ibrətamizdir. 
salehs
Allah var baş üstə Tünzalə Ağayeva da pis oxumayıb bunu…
_BUMERANQ_
Romantizm cərəyanının ən gözəl nümayəndələrindən biri. 

Bu şeiri, bir də Bəxtiyar Vahabzadənin «Məktəbli qız» şeirini oxuyanda əsl məktəbli qız obrazı canlanır gözlərimdə. Saf, təbii...

 
azadmamedov90
yadima uşaq vaxtı -orta məktəbdə oxuyarkən şagirdlərin oxuduğu bu şer yadıma düşdü, ama indi qızlar başqa şeylərdə dəyər görürlər…